Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə 250 min tibbi maska verildi
Kateqoriya məlum deyil
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə 250 min ədəd tibbi maska təhvil verib.
Sfera.az-ın xəbərinə görə, bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyi məlumat yayıb.
Maskalar Ədliyyə Nazirliyi Penitensiar müəssisələrinin əməkdaşları və kontingenti arasında COVID-19 virusuna qarşı profilaktik tədbirlər çərçivəsində paylanacaq.






