Qobustan sakinləri ilə videoformatda qəbul keçirildi - FOTO
Kateqoriya məlum deyil
Qobustan rayonu üzrə vətəndaş qəbulu həyata keçirilib.
Sfera.az xəbər verir ki, bu barədə deputat Şahin Seyidzadə məlumat verib.
O bildirib ki, müraciətlər əsasında ötən həftə Qobustan şəhəri, Bədəlli, Cəyirli, Ərəbqədim, Poladlı, Şıxzahırlı kənd sakinləri ilə videoformatda qəbul həyata keçirilib.
Qəbulda hüquq, sağlamlıq, infrastruktur, sosialtəminat, kommunal və məşğulluq məsələləri ətrafında 9 vətəndaşın müraciəti dinlənilib.







