Ermənilərin yaydığı videodakı əsirlər Azərbaycana gətirilib
Kateqoriya məlum deyil
Bu gün sosial şəbəkələrdə ermənilərin 2 hərbçimizi əsir götürməsi barədə yayılan görüntülərin noyabr ayında çəkildiyi məlum olub.
Sfera.az xəbər verir ki, hərbçilərimizin erməni işgəncəsinə məruz qaldığını əks etdirən görüntülərin noyabrın 10-11 tarixlərində çəkildiyi bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl erməni əsirliyindən xilas edilərək vətənə qaytarılan 12 hərbi qulluqçu arasında hər iki hərbçimiz var. Onlardan biri Nurlan Əlizadə, digəri isə Nahid Həmidovdur.
Məlumatı Nurlan Əlizadənin yaxınları da təsdiq edib.






