Logo

Övladları Əliyar Əliyevin məzarını ziyarət etdi - FOTO

Övladları Əliyar Əliyevin məzarını ziyarət etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin övladları onun məzarını ziyarət ediblər.

Sfera.az xəbər verir ki, bu barədə fotolar sosial şəbəkələrdə yayılıb.

Övladları Qubadlı rayonunun Qəzyan kəndində yerləşən atalarının qəbri üstə güllər düzüb, Azərbaycan bayrağını qoyublar.

Qeyd edək ki, Ə.Əliyev 1957-ci ildə dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub.

Qarabağ müharibəsi başlayanda Ə.Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib.

1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.

O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib.

Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub.

"Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

Övladları Əliyar Əliyevin məzarını ziyarət etdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR