Füzuli və Cəbrayılda 64 erməni hərbçinin cəsədi tapıldı
Kateqoriya məlum deyil
Füzuli-Cəbrayıl ərazisindəki əməliyyat-axtarış tədbirləri nəticəsində 64 hərbçinin cəsədi tapılıb.
Sfera.az "Armenpress”ə istinadən xəbər verir ki, bu günə qədər ümumilikdə Qarabağ zonasında 892 erməni hərbçinin cəsədi tapılıb.
Hazırda Füzuli-Cəbrayıl rayonları istiqamətində axtarışların davam etdirildiyi bildirilib. Bununla yanaşı ölən hərbçilərin yaxınlarının da axtarışa cəlb olunduğu qeyd olunub.






