Aparıcı Zaur Bəxşəliyev şəhid dayısoğlu haqda paylaşım etdi
Kateqoriya məlum deyil
Məşhur teleaparıcı Zaur Baxşəliyevin dayısıoğlu şəhid olub.
Sfera.az xəbər verir ki, o sosial media hesabında kövrək paylaşım edərək bu sözləri yazıb:
"Dayımoğlu Əliyev Əli Ələsgər oğlu könüllü olaraq cəbhəyə yollanmışdı. Hər iki valideynini itirən Əli bir çox rayonlarda döyüşür, Füzulidə yüngül yaralanıb. İki-üç gün xəstəxanada qalıb, yenidən əsgər yoldaşlarının yanına qayıdıb. Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Dünən Cənab prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif edilib”.
Jalə Mehdi
Sfera.az






