Paşayeva şəhid atasına saat hədiyyə etdi
Kateqoriya məlum deyil
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Böyük Vətən Müharibəsində şəhid olmuş Zeynalı Dursunovun atası, Saatlı rayon sakini Əlləz Dursunovla görüşüb.
Sfera.az xəbər verir ki, şəhid atasını Azərbaycan Silahlı Qüvvələrinin düşmən üzərində tarixi Zəfəri münasibəti ilə təbrik edən Komitə sədri, "Vətən Müharibəsində parlaq qələbəmiz münasibəti ilə təbriki ən çox haqq edən insanlar siz şəhid ailələrisiz” deyib.
Şəhid atası ilə ətraflı söhbət edən Q.Paşayeva ona Zəfər münasibəti ilə Mədəniyyət Komitəsi adından məktub və üzərinə "Qarabağ Azərbaycandır!” yazılmış, xüsusi hazırlanmış saat təqdim edib.
Görüşdə Axıska türklərinin "Vətən” İctimai Birliyinin (ATVİB) başqanı İsmayıl Rəhimov, ATVİB-in bölgə təmsilçiləri, şəhidimizin müəllimi də iştirak edib.






