Logo

Yol polisindən sürücü və sərnişinlərə vacib müraciət

Yol polisindən sürücü və sərnişinlərə vacib müraciət
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Paytaxtda qurulan karantin postlarında yaranan süni sıxlıqlar hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur. Süni sıxlığın, tıxacın və gecikmələrin qarşısını almaq üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücü və sərnişinlərə müraciət edib.

Sfera.az xəbər verir ki, idarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov vətəndaşlara müraciət edərək bildirib ki, SMS icazə alıb hərəkət edən sürücü və sərnişinlər vaxt itkisinə yol verməmək üçün postlara yaxınlaşarkən üzərilərində olan şəxsiyyət vəsiqəsini yoxlanış üçün hazır saxlamalıdırlar: "Bildiyiniz kimi, şəxsiyyət vəsiqələri iki cür olduğu üçün yeni şəxsiyyət vəsiqələrinin arxa hissəsini, köhnə şəxsiyyət vəsiqələrinin isə ön hissəsini yoxlayıcı cihaza yaxınlaşdırmaq lazımdır. Belə olan halda 7 saniyə ərzində həmin şəxsi yoxlamaq kifayət edir. Bu isə ləngimələrin, süni sıxlığın və tıxacın qarşısını almış olur".

Vaqif Əsədov Avtosfer.az-a onu da bildirib ki, ictimai nəqliyyat və operativ nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün ayrıca xüsusi zolaq ayırılıb: "Təəssüf ki, həmin zolaqda digər sürücülərin hərəkət etməsi müşahidə olunur. Üstün hərəkət rejimi olan nəqliyyat vasitələrinə maneə yaratmamaq üçün sürücülərdən xahiş edirik ki, xüsusi ayrılmış zolağa daxil olaraq ayrıca sıxlıq və gərginlik yaratmasınlar".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR