Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldı
Kateqoriya məlum deyil
Gəncə Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
Sfera.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafiq Şəfiyev, eləcə də başçının digər müavini - İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Vəfa Abbasova tutduqları vəzifədən azad ediliblər.
İcra hakimiyyətinin rəsmi saytında müvafiq vəzifələr üzrə hələlik təyinatın olmadığı görülür.
(oxu.az)






