Logo

Şəhid kimi dəfn olunan Vəliəhəd də erməni əsirliyindən azad edildi

Şəhid kimi dəfn olunan Vəliəhəd də erməni əsirliyindən azad edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Vətən Müharibəsində şəhid olduğu haqda məlumat yayılan Vəliəhəd Vəliyev də erməni əsirliyindən azad olunaraq Bakıya gətirilib.

Sfera.az xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 1998-ci il təvəllüdlü Vəliyev Vəliəhəd Şakir oğlunun Azərbaycana təhvil verildiyini açıqlayıb.

V.Vəliyevin atası Şakir Vəliyev "Qafqazinfo”ya açıqlamasında məlumatı bir daha təsdiqləyib və artıq ona bu barədə rəsmilər tərəfindən məlumat verildiyini bildirib. Ş.Vəliyev hələ oğlu ilə əlaqə saxlamadığını deyib.

Qeyd edək ki, Vəliəhd Vəliyevin Zəngilan uğrunda döyüşlərdə şəhid olduğu bildirilirdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR