Logo

“Azər-Maya” Şuşanın çörək təchizatına başladı

“Azər-Maya” Şuşanın çörək təchizatına başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sfera.az xəbər verir ki, "Azər-Maya” ASC Şuşada fəaliyyət göstərən çörək istehsalı ilə məşğul olan müəssisələri maya ilə təmin etməyə başlayıb.

Bundan sonra Şuşada bişirilən çörəklər onların istehsal etdiyi maya ilə bişiriləcək.

Artıq Şuşada fəaliyyətdə olan dörd çörək zavodu tam şəkildə "Azər-Maya” tərəfindən təchiz olunur.Məlumat üçün bildirək ki, "Azər- Maya” Azərbaycanın qida sektorunun aparıcı şirkətlərindən biridir. Eyni zamanda regionun yeganə maya istehsalçısıdır.

“Azər-Maya” Şuşanın çörək təchizatına başladı

1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan "Azər-Maya” Açıq Səhmdar Cəmiyyəti  yaradılmışdır.

Onların istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycan Respublikasının tələbatını tam ödəməklə yanaşı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR