Logo

Aminin anası: “Müharibə varsa onun acı nəticəsi də olur”

Aminin anası: “Müharibə varsa onun acı nəticəsi də olur”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Vətən Müharibəsində Ermənistana əsir düşən Azərbaycan Ordusunun hərbçisi Amin Musayev bu gün Bakıya gətirilib. 

Sfera.az xəbər verir ki, Aminin anası Hicran Sadıqova ilə əlaqə saxlanılıb

Aminin anası oğlunu vətənə qaytardığı üçün Prezidentə təşəkkürünü bildirib:

"Sevincimizin həddi-hüdudu yoxdur. Ailəmiz və xalqımız adından cənab prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Onun zəhməti, gücü, zəkasının sayəsində əsirlərimizi geri ala bildik. Müharibə varsa onun acı nəticəsi də olur. Mənim ümidim yalnız Cənab Prezidentə idi. Bilirdim ki, o oğlumu geri qaytaracaq. Belə də oldu. Bir daha təşəkkür edirəm”.

Hicran Sadıqova şəhid analarına da başsağlığı verib:

"Vətən müharibəsində şəhid olan əsgərlərimizə rəhmət, yaralılara can sağlığı arzulayıram”. (Azxeber.com)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR