Polad Həşimov və İlqar Mirzəyevin ailəsinə Prezident təqaüdü təyin edildi
Kateqoriya məlum deyil
Şəhid general-mayor Polad Həşimovun ailəsinə Prezidentin fərdi təqaüdü təyin edilib.
Sfera.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
O bildirib ki, cənab Prezidentin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülən 3 nəfər - general - mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və İbad Hüseynova Prezidentin fərdi təqaüdü təyin olunub:
"Onlardan iki nəfərə - Polad Həşimov və İlqar Mirzəyevə ölümündən sonra bu ad verilib. Həmin şəxslərə və hazırda sağ olan İbad Hüseynova təqaüd təyin olunub".






