"Getdim evinə, elə bilirdim qadındı ..." - trans Hətəmpaşanı öldürənə 19 il həbs

Bakıda 32 yaşlı trans Ayla Altay qızı Dəmirovanın qətlində ittiham olunan 1995-ci il təvəllüdlü Şahlar Əliyevin məhkəmə prosesi baş tutub.

BiG.AZ xəbər verir ki, Ayla Dəmirova 2015-ci il iyunun 24-də Bakı şəhəri Səbail rayonu, Səidə Rüstəmova küçəsində( Axundov bağının yanı) öldürülüb. Bu hadisə zamanı iki nəfər yaralanıb.
Transın ölümündə şübhəli bilinən Şahlar Əliyev Azərbaycan Cinayət Məcəlləsinin 120-ci ("Qəsdən yaralama"), 29.120 ( "Qəsdən adam öldürmə") və 181 ( "Oğurluq") maddəsi ilə ittiham olunaraq 19 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, o, Ayla Dəmirova ilə Bakı şəhəri Nəsimi rayonu Rəşid Behbudov küçəsində görüşüb. Bu zaman məlum olub ki, Ayla əslində Dəmirov Hətəmpaşa Altay oğlu adında bir kişidir. O, əvvəl cinsini, daha sonra isə sənədlərini dəyişib.

Təqsirləndirilən şəxs Şahlar Əliyev qətl haqqında bunları deyib:


"Mən onun Ayla adında trans olduğunu bilmirdim. Mən elə bilirdim o qadındır. Görüşərkən danışığından başa düşdüm ki, o kişidir. Bunu biləndə isə çıxıb getmək istədim. Ayla isə mənə vaxtını aldığımı bildirdi və bunun üçün pul ödəməli olduğumu söylədi. Evdə başqa adamlar da var idi. Bu zaman aramızda insident baş verdi və üstümə stol və stulları tullamağa başladı. Mən isə cavabında cinayət törətdim”.













OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...