Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş videokonfrans keçirilib
Görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş videokonfrans keçirilib.
Sfera.az xəbər verir ki, Bakı şəhər Nərimanov rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyevin rəhbərliyi ilə baş tutmuş onlayn tədbirə Rusiya Federasiyası Həştərxan vilayətinin rəsmi şəxsləri də qatılıb.
Ümummillli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə həm Həştərxan vilayətinin rəsmi şəxsləri, həm də tədbirə Azərbaycan tərəfindən qatılmış şəxslər təkliflərlə çıxış ediblər.
Nəriman Nərimanovun qarşıdan gələn 150 illik yubileyinin yüksək səviyyədə təşkili ilə bağlı müzakirələr keçirilib.
Xatırladaq ki, 2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam olur.










