Logo

Rusiya Suriya ilə bağlı gizli saxladığı hərbi sənədi ictimaiyyətə açıqladı

Rusiya Suriya ilə bağlı gizli saxladığı hərbi sənədi ictimaiyyətə açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Əsəd rejimi ilə 2015-ci il 26 avqustda imzaladığı hərbi müqavilə bu yaxınlarda ictimaiyyətə açıqlanıb.

Avropa.info xəbər verir ki, 7 səhifəlik sənəddə “Hmeymim” bazasında yerləşdiriləcək silahlı qüvvələrin sayı göstərilməyib. Həmçinin hərbi texnikanın sayı barədə də məlumat yoxdur. Sənəddə sadəcə “aviasiya qrupu”nun göndəriləcəyi qeyd olunub. Bundan əlavə rus ordusunun Suriyada qalacağı müddət də qeyd olunmayıb.

Müqavilə “Hmeymim” bazasını toxunulmaz edir. Heç bir suriyalı icazəsiz ora daxil olmaq hüququna malik deyil.

Sənədin 7-ci maddəsinə uyğun olaraq hərbi bazaya və Rusiya hərbçilərinə dəyən hər hansı bir ziyan Suriya dövlət tərəfindən ödənəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR