Logo

Bakıda avtobusların yolu 3 günlük dəyişdirilir

Bakıda avtobusların yolu 3 günlük dəyişdirilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Zəfər paradı və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq, 8, 9 və 10 dekabr tarixlərində Lökbatan-Bayıl-20-ci sahə, Neftçilər prospekti - Azneft dairəsi-"28 May” m/st-sı, Nobel prospekti-Xətai m/st-sı - "28 May” m/st-sı istiqamətində, eləcə də ətraf küçə və prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən Sfera.az-a verilən məlumata görə, qeyd olunan ərazilərdən keçən müntəzəm və ekspres xətt avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.

Müzəffər Ordumuzun düşmən üzərində şanlı qələbəsinə həsr olunan "Zəfər Paradı”nın yüksək səviyyədə keçirilməsinə dəstək olmaq məqsədi ilə hərəkət iştirakçılarından qoyulan qaydalara anlayışla yanaşmaları və əməl etmələri xahiş olunur. Həmçinin tövsiyə edilir ki, zərurət olmadığı halda şəhər mərkəzi istiqamətində fərdi avtomobillə hərəkət etməyəsiniz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR