Logo

Ziya Məmmədovun gəlininin təmtəraqla açdığı modalar evi bağlandı - FOTOLAR

Ziya Məmmədovun gəlininin təmtəraqla açdığı modalar evi bağlandı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun xanımı Fəridə Məmmədovanın sahibi olduğu moda evi fəaliyyətini dayandırıb.

"MediaPost”un araşdırmasına görə, Fəridə Məmmədovanın iştirakı ilə 2016-cı ilin aprel ayında Bakı şəhəri, Rəsul Rza küçəsi 3/5a ünvanında təmtəraqla açılışı olmuş "NAZ Couture” moda evi bağlanıb.

Artıq sözügedən ünvanda geyim mağazası fəaliyət göstərir.

Ziya Məmmədovun gəlininin təmtəraqla açdığı modalar evi bağlandı - FOTOLAR

Modalar evinə məxsus telefonlar da söndürülüb və şirkətin rəsmi saytı isə aylardır yenilənmir.

Qeyd edək ki, o, sabiq Kənd Təsərrüfatı naziri və hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovun qızıdır. Fəridə Məmmədova bir vaxtlar təqdim etdiyi geyimlərə görə Türkiyədə məşhurlaşmışdı.

Ziya Məmmədovun gəlininin təmtəraqla açdığı modalar evi bağlandı - FOTOLAR

Aşağıda təqdim etdiyimiz görüntülər 2016-cı ildə modalar evinin açılışındandır.

Ziya Məmmədovun gəlininin təmtəraqla açdığı modalar evi bağlandı - FOTOLAR
Ziya Məmmədovun gəlininin təmtəraqla açdığı modalar evi bağlandı - FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR