Logo

Bakıda daha iki koronavirus xəstəsi saxlanıldı

Bakıda daha iki koronavirus xəstəsi saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda yaşayış yerini tərk edən daha iki nəfər koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindəın Sfera.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi (RPİ) 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə, əmək fəaliyyəti ilə məşğul olan aktiv "COVID-19” xəstəsi - Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar. Onun barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Yaşayış yerini tərk edən daha bir koronavirus xəstəsi isə Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rayon ərazisində ictimai yerdə aktiv "COVID-19” xəstəsi olan Bakı şəhər sakini, 34 yaşlı Mahmud Məmmədov müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu da yaşadığı evə qaytarıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR