Sabah paytaxtın mərkəzi küçə və prospektləri bağlı olacaq

Sabah paytaxtın mərkəzi küçə və prospektləri bağlı olacaq

 

Sabah "Bakı Marafonu 2016” ilə əlaqədar Marafonunun keçəcəyi küçə və prospektlər üzrə kəsişən bütün yollardan avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Sfera.az xəbər verir ki, bunu APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. 

O bildirib ki, "Bakı Marafonu 2016” iştirakçılarının yürüş boyu təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hərəkət tənzimlənməsi nəzərdə tutulub. 

V. Əsədov qeyd edib ki, "Bakı Marafonu 2016”-nın keçəcəyi küçə və prospektlər üzrə kəsişən bütün yollardan avtomobillərin hərəkət istiqaməti qısa müddətə dəyişdiriləcək: "Marafon iştirakçılarından sonuncusu həmin ərazini keçdikdən sonra hərəkət tənzimlənəcək”.
 
Qeyd edək ki, mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2016” keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir. Dövlət Bayrağı Meydanından start götürəcək marafon 21 kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq.

 


OXŞAR XƏBƏRLƏR

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Əfqanıstan Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kab...

Tokayev Azərbaycana təşəkkür etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada Etimad Tədbirləri Konfransının (AETİK) inkişafına töhfəsinə görə Azərbaycana təşəkkür edib.   Bu b...