Leyla Əliyeva daun sindromlu uşaqlarla görüşdü - FOTO

Leyla Əliyeva daun sindromlu uşaqlarla görüşdü - FOTO

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olub.

Fonddan verilən məlumata görə, daun sindromlu uşaqlarla görüşən Leyla Əliyeva Mərkəzdə yaradılmış reabilitasiya kurslarının gedişi ilə maraqlanıb.

Xatırladaq ki, 2013-cü ildən fəaliyyət göstərən Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.

Mərkəzdə müxtəlif fənlər üzrə məktəbəqədər hazırlıq kursu, kompüter, loqoped, valideyn otaqları, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları var. Burada, həmçinin heykəltəraşlıq, xalçaçılıq, tikiş, rəsm dərnəkləri fəaliyyət göstərir.

Dərnəklər və əyləncə otaqları, hazırlıq kurslarında olan Leyla Əliyeva Mərkəzin "Dəcəllər” teatrının hazırladığı tamaşaya baxıb.

Qeyd edək ki, Heydər Əliyev Fondu yarandığı gündən sosial və səhiyyə sahəsində müxtəlif layihə və proqramlar həyata keçirir. Bu proqramların əsas məqsədi uşaqlar, o cümlədən dəstəyə ehtiyacı olan hər bir şəxsin cəmiyyətə inteqrasiyasına yardım göstərməyə yönəlib. Heydər Əliyev Fondu, həmçinin valideyn himayəsindən məhrum olan uşaqlara dəstək proqramları həyata keçirir. Bu çərçivədə davamlı və müntəzəm görülən işlər ata-ana qayğısından məhrum uşaqlar üçün ailə mühitinin yaradılmasına, uşaq evləri və internat məktəblərində uşaqların sosial qayğıları və istirahətlərinin təminatına, təhsilin yüksəldilməsinə xidmət edir.

Bu baxımdan Heydər Əliyev Fondunun əməkdaşları mütəmadi olaraq uşaq evləri və internat məktəblərində olur, artıq bir ailə kimi doğmalaşan körpələrlə, yeniyetmələrlə vaxt keçirilir. Növbəti dəfə aprelin 28-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evində olaraq, burada tərbiyə alan körpələrə baş çəkib.

Xatırladaq ki, Nəsimi rayonundakı 1 nömrəli körpələr evi Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək, 2015-ci il mayın 10-da yenidən istifadəyə verilib. Binanın tamamilə yenilənməsi, müasir avadanlıqlarla təchiz olunması ilə yanaşı, buranın sakinləri olan körpələr Heydər Əliyev Fondunun daimi qayğısı ilə əhatə edilib.


 

 
 
 
 
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

İyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şöv...

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...