Logo

Amin Musayevlə Bayram Kərimov azad olunur? - “Qızıl Xaç”dan reaksiya

Amin Musayevlə Bayram Kərimov azad olunur? - “Qızıl Xaç”dan reaksiya
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün azərbaycanlı hərbi əsirlər - Amin Musayev və Bayram Kərimovun geri qaytarılacağı ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a bildirib ki, bu barədə informasiyaya sahib deyil.

Komitə rəsmisi bu cür məlumatları yayarkən məsələyə həssaslıqla yanaşmağı və şəxslərin ailələrini nəzərə almağı xahiş edib.

İ.Hüseynova deyib ki, hazırda hərbi əsirlərin geri qaytarılması üçün dialoqlar davam etdirilir.

Xatırladaq ki, hərbçilərimiz Amin Musayev və Bayram Kərimov 44 günlük Vətən Müharibəzi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR