Sərnişinlər “Avtovağzal” stansiyasının liftini qırdılar

Sərnişinlər “Avtovağzal” stansiyasının liftini qırdılar

 

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin metronun "Avtovağzal” stansiyasında fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan lift sındırılıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, buna səbəb sərnişinlərin liftin mexanizmi sındırması olub:

"Həmin lifti "Avtovağzal” stansiyasında tikərkən onu sağlamlıq imkanları məhdud olan insanlar üçün nəzərdə tutmuşduq. Lakin ondan sağlamlığı yerində olanlar daha çox istifadə edirlər. Açılışdan iki gün sonra liftə xələl yetirildi. Liftə girişdə qapılar var, sərnişinlər güc tətbiq edib mexanizmini sındırıblar. Amma biz artıq lifti təmir etmişik”.

Qeyd edək ki, aprelin 19-da Bakı Metropoliteninin yeni-bənövşəyi xəttinin "Avtovağzal” və "Memar Əcəmi-2” stansiyalarının açılışı baş tutub. "Avtovağzal” stansiyasının 8 giriş-çıxışı var. Burada 20 eskalator və 8 travelator, həmçinin fiziki imkanları məhdud insanlar üçün lift də quraşdırılıb. 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...