Dollar kreditləri ilə bağlı yeni təkliflər hazırlanır – VİDEO

Dollar kreditləri ilə bağlı yeni təkliflər hazırlanır – VİDEO

 

Dollar kreditləri ilə bağlı yeni təkliflər hazırlanır. Əgər təkliflər qəbul olunsa, bəzi insanlar kreditlərini əvvəlki məzənnə ilə qaytara biləcəklər.

Bu barədə Sfera.az Xəzər Xəbər-ə istinadən məlumat verir. 

Dollar kreditləri ilə bağlı problemlər həll oluna bilər. Bu istiqamətdə millət vəkilləri vətəndaşların xeyrinə yeni təkliflər hazırlayır.

Millət vəkili Əli Məsimli deyir ki, belə kreditlərin qaytarılması ilə bağlı bütün yükü vətəndaşın üzərinə atmaq olmaz. Məsələnin həlli üçün sadəcə vətəndaş deyil, Mərkəzi Bank, dövlət və kommersiya bankları birgə məsuliyyət daşımalıdır.

1000 dollara qədər kredit götürmüş şəxs vəfat edibsə, borcun silinməsi də təkliflər arasındadır. 5000 dollaradək kreditlər üçün də ayrı təklif hazırlanır. Bu kreditlərin hazırkı məzənnə ilə deyil, devalivasiyadan əvvəlki məzənnə ilə ödənilməsi müzakirə olunur.

5000 dollardan yuxarı kreditlər üçün isə orta məzənnənin müəyyən edilməsi təklif olunur. Qəbul olunsa, 5000 dollardan çox kreditlər təqribən 1 manat 20-25 qəpiklik məzənnə ilə qaytara biləcəklər.

Millət vəkili hesab edir ki, təkliflər qəbul olunsa, problem sadəcə bir obyektin və ya qurumun üstünə düşməz və çətinlik aradan qalxar. Təkliflər yaxın vaxtlarda aidiyyatı qurumlara təqdim olunacaq.



OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...