XİN: Rəsmi Yerevanın bəyanatları ziddiyyətli və məntiqsizdir

XİN: Rəsmi Yerevanın bəyanatları ziddiyyətli və məntiqsizdir

 

Rəsmi Yerevanın bəyanatları ziddiyyətli, məntiqsiz və biri digərini inkar edən xarakterdədir.

Sfera.az xəbər verir ki, bunu APA-ya Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara hazır olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. 

O bildirib ki, Ermənistan prezidenti danışıqlardan imtina etdiyini, xarici işlər naziri isə guya ölkəsinin münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu bildirir: 

"Bu iki fikir bir-birinə tamamilə ziddir. Bunların arasında məntiq tapmaq da çox çətindir. 

Belə bir təəssürat yaranır ki, Ermənistanın hakim dairələrində ziddiyyətli mövqelər var. Ermənistanın xarici işlər naziri də öz prezidentinin dediklərini inkar edir. Bunlar da əslində Yerevan rejiminin təşviş və çaşqınlıq içərisində olmasının göstəricisidir. 

Bu bir daha ona dəlalət edir ki, Ermənistanın əsl məqsədi beynəlxalq ictimaiyyəti aldatmaq və hər bir vəchlə işğal və təcavüzü davam etdirməkdir. Qoşunların təmas xəttində Ermənistanın həyata keçirdiyi təxribatçı əməllər də əslində Ermənistanın əsl simasını göstərir. Bu təxribatçı əməllərin hədəfi məhz mülki Azərbaycan əhalisidir”.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...