Logo

Sabah "ASAN xidmət” mərkəzləri işləməyəcək

Sabah "ASAN xidmət” mərkəzləri işləməyəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabah "ASAN xidmət” mərkəzləri işləməyəcək.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumata görə, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar "ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq.

Yanvarın 21-dən etibarən vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR