23 yaşlı təzə gəlin toyundan sonra niyə itkin düşüb?

23 yaşlı təzə gəlin toyundan sonra niyə itkin düşüb?
"Bütün şəhər, bütün vilayət ayaq üstədir. Hər yerə şəkillərini yapışdırmışıq. Dayanacaqlara, metro vaqonlarına, kafe və restoranlara, binalara, amma hələ bir xəbər yoxdur. 6 gündür yoxa çıxıb”.

Sfera.az xəbər verir ki, bunu lent.az-ın əməkdaşıyla söhbətində Sankt-Peterburqda itkin düşmüş soydaşımız 23 yaşlı Gülnarə Sücaət qızı Vəliyevanın rəfiqəsi Elmira bildirib. 

Xatırladaq ki, bu il aprelin 22-də Gülnarə Vəliyeva həkimə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Hadisədən bir həftə əvvəl isə onun Sankt-Peterburqda yaşayan Samir adlı oğlanla toyu olub.

Elmiranın dediyinə görə, rəfiqəsini sonuncu dəfə ötən cümə günü Peterburqun Marşal Jukov küçəsinin Lenin prospekti ilə kəsişməsində görüblər. Həmin yerdə Gülnarə tələbə yoldaşı Elmira ilə görüşüb dərsə getməliymişlər. Yeri gəlmişkən, bəzi sosial şəbəkələrdə və informasiya resurslarında yazıldığı kimi, 23 yaşlı Gülnarə evdar qadın olmayıb. O, Sankt-Peterburq Tibb-Sosial İnstitutunun tələbəsiymiş.

Elmiranın dediyinə görə, həmin gün o, dəfələrlə Gülnarəyə zəng etsə də, ona zəng çatmayıb. Daha sonra onun həyat yoldaşı Samirlə əlaqə saxlayıb. Samir isə ona bildirib ki, Gülnarə günorta həkimə getmək adıyla evdən çıxıb.

Valideynləri isə Gülnarənin itkin düşməsini onun rəfiqələrindən öyrəniblər. Elmiranın dediyinə görə, Samir gecə saat 11-dək həyat yoldaşını gözləyib. Gecə düşəndə həyat yoldaşının yoxa çıxmasıyla bağlı onun valideynlərinə məlumat verib. Gülnarənin atası Sücaət və anası dərhal Kirov rayon Polis idarəsinə gələrək, qızlarının itkin düşməsi barədə ərizə veriblər.

Elmira onu da bildirib ki, Gülnarə ərə gedəndən sonra daha da pozitiv olub:

"Özünü xoşbəxt hiss edirdi. Ailə həyatından da razıydı. Gələcək planları barədə danışırdı. Biz özümüz də şokdayıq, axı hara yoxa çıxa bilər bu qız?

Gülnarənin atası Sücaətin dediyinə görə, axşam kürəkəni Samir ona zəng edib. Və bildirib ki, Gülnarə yoxa çıxıb. "Biz bir yerdə polisə gəldik və artıq neçə gündür ki, onu axtarırıq”.

Sücaət Vəliyev onu da bildirib ki, artıq müstəntiqlər qızının evində olublar. "Onlar evi axtardılar. Samirin mobil telefonunu da götürdülər. Hamı polis, tələbə yoldaşları, bizi tanıyanlar əlimizi hara gəldi atırıq, təki qız tapılsın!”

Sankt-Peterburq şəhəri Kirov rayonu Polis İdarəsindən bildirilib ki, hazırda Gülnarənin axtarışı gedir. "Əlavə heç bir məlumat verilməyəcək”.

Sonda onu da qeyd edək ki, Gülnarə Vəliyevanın itkin düşməsiylə bağlı Rusiya Cinayət məcəlləsinin 105-ci maddəsi (qətl) ilə cinayət işi başlayıb.
23 yaşlı təzə gəlin toyundan sonra niyə itkin düşüb?
23 yaşlı təzə gəlin toyundan sonra niyə itkin düşüb?
23 yaşlı təzə gəlin toyundan sonra niyə itkin düşüb?


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...