Əmanətçilərinə ödənilən kompensasiyasının məbləği açıqlandı

Əmanətçilərinə ödənilən kompensasiyasının məbləği açıqlandı
 
Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan” ASC-nin və "Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənişi davam etdirilir.

Əmanətlərin Sığortalanması Fondundan "APA-Economics”ə verilən xəbərə görə, sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.
 
Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 23,869 min manat kompensasiya ödənilib.
 
Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki,  30 iyul 2007-ci ildən Fonda üzv olan "Gəncəbank” ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib.
 
Sığorta hadisəsi baş vermiş "Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 04 fevral 2016-cı il tarixindən etibarən başlanılmışdır. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 871 min manat kompensasiya ödənilib.
 
Ərizə formalarını  "Bank of Azerbaijan” ASC və "Gəncəbank”ASC-nin  qorunan əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan” ASC və "Gəncəbank”ASC-nin  filiallarından, Agent Bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər.
 
Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən  başlayaraq bir il ərzində qəbul edir.
 
Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan” ASC və "Gəncəbank”ASC-nin qorunan əmanətçilərinə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...