Ağdamda düşmən qəlpəsinin yaraladığı mülki şəxs vəfat etdi

Ağdamda düşmən qəlpəsinin yaraladığı mülki şəxs vəfat etdi

 

Erməni hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki şəxslərdən biri dünyasını dəyişib. 

Sfera.az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, aldığı qəlpə yaraları ilə Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilmiş Çəmənli kənd sakini, 67 yaşlı Hüseynov Əli Müseyib oğlu günorta saatlarında vəfat edib. 

Qeyd edək ki, ermənilərin bütün gecə boyu Ağdamın yaşayış məntəqələrini atəşə tutuması nəticəsində Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından ölüb. 

Müxtəlif qəlpə yaraları almış yeddi nəfər hazırda Ağdam Mərkəzi rayon Xəstəxanasında həkim nəzarəti altındadır. 

Xəstəxanadan APA-ya verilən xəbərə görə, Çəmənli kənd sakinləriAbdullayev Anar Nizami oğlu, Məmmədov Elnur Polu oğlu, Tağıyev Elgiz Tofiq oğlu, Fərəcov Zahid Fərəc oğlu, Məmmədov Anar və Kərimov Sirdaş Şükür oğlunun həyatlarına təhlükə yoxdur. 

Rəhimov Zahid Vəliş oğlunun vəziyyəti isə ağırdır.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...