Qanun layihəsi birinci oxunuşdan geri qaytarıldı

Qanun layihəsi birinci oxunuşdan geri qaytarıldı

 

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında” qanunda dövlət qulluğuna qəbulla bağlı dəyişikliklər layihəsi narazılığa səbəb olub.

Sfera.az APA-ya istinadən xəbər verir ki, deputat Çingiz Qənizadə bildirib ki, ümumiyyətlə dövlət qulluğuna qəbulda müsahibə ləğv olunmalıdır: "Müsahibə mərhələsi subyektivliyə gətirib çıxarır ki, bunun da nəticəsində bir çox savadlı kadr dövlət qulluğuna keçə bilmir. Namizəd test mərhələsində uğurlu nəticə göstəribsə, daha müsahibəyə nə ehtiyac var? Yeni layihədə dövlət qulluğuna qəbul asanlaşdırılmaq əvəzinə daha da çətinləşdirilib. Hesab edirəm ki, layihə yenidən işlənməlidir”.

Deputatlar Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Vüsal Hüseynov, Rəfael Cəbrayılov və Tahir Kərimli də layihəyə etiraz ediblər.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov isə müsahibə mərhələsinin vacibliyini vurğulayıb, ancaq layihə üzərində işləməyin lazım olduğunu bildirib.

Komitə sədri Əli Hüseynli deyib ki, layihənin tərəfdarı olsa da, səsləndirilən iradlar nəzərə alınması, layihənin baxılması üçün mütəxəssislərə verilməsi, yenidən müzakirə edilməsi məqsədə uyğundur.

Qərara alınıb ki, layihə yenidən baxılması üçün mütəxəssislərə qaytarılsın və yenidən müzakirə olunacaq.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...