Logo

“Günəşli” yatağında daha bir quyu istismara verildi

“Günəşli” yatağında daha bir quyu istismara verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Günəşli” yatağındakı 15 nömrəli dərin dəniz özülündə 272 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

AzNews.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul verib.

O, 2 960-2 924 metr intervaldan sutkalıq 70 ton neft və 25 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR