Ağdamda SON DURUM: icra başçısı danışır - FOTOLAR
Cəmiyyət
13:27 / 28.04.2016
971
Ötən gecə erməni hərbi birləşmələrinin ağır artilleriyadan endirdiyi zərbələr nəticəsində Ağdam rayonunda evlərə və fərdi təsərrüfatlara ciddi ziyan dəyib.
BiG.AZ-ın xəbərinə görə, Ağdam rayon Fövqəladə Hallar Komissiyası mərmilərin düşdüyü yerləri müəyyən edib, dəyən ziyanı araşdırmağa başlayıb.
Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov bildirib ki, ümumilikdə rayon üzrə 30 yaşayış evi tamamilə yararsız hala düşüb, 50-dək evə isə qismən ziyan dəyib: "Təkcə Çəmənli kəndində 5 evə ciddi ziyan dəyib, bir mülki şəxs həyatını itirib, yeddi nəfər qəlpə yarası alıb. Fərdi yaşayış evləri ilə yanaşı, qaz, işıq, su və rabitə xətlərinə də ciddi ziyan dəyib".
Çəmənli kənd sakini Zeynəb Şükürovanın həyətinə 2 top mərmisi düşüb. Mərmilər yaşayış evini tamamilə dağıdıb. Ev sahibinə məxsus 1 at ölüb, 1 iribuynuzlu heyvan yaralanıb, 30-dan çox toyuq-cücə tələf olub./apa/