Rusiyada azərbaycanlı itkin düşüb – FOTO
11:00 / 28.04.2016
909
Rusiya DİN-nin "İrkutskoe” bələdiyyələrarası idarəsinin əməkdaşları vilayət mərkəzinin itkin düşmüş sakinini axtarırlar.
Oxu.Az "Novosti MVD Rossiya”ya istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Əliyev Ramal Fərman oğlunun itkin düşməsi haqqında məlumat polisə aprelin 23-də daxil olub.
Qohumlarının sözlərinə görə, o, keçən şənbə işlədiyi mərkəzi bazara yollanıb və evə qayıtmayıb. İndiyə qədər onun harda olduğu barədə məlumat yoxdur.
Axtarılan şəxsin əlamətləri, görünüşcə 30 yaş, boyu 165-167 sm, gözləri qəhvəyi, orta bədən quruluşuna malikdir, əslən Azərbaycandandır. Evdən çıxarkən qara rəngli gödəkçə, boz şalvar, qara dəri ayaqqabıda olub.