Logo

"Həmin fransalı aktyorları beynəlxalq məhkəməyə verəcəyik” - Xalq Artistindən ETİRAZ

"Həmin fransalı aktyorları beynəlxalq məhkəməyə verəcəyik” - Xalq Artistindən ETİRAZ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəbər verdiyimiz kimi Fransanın məşhur "Le Figaro” nəşrində Qarabağdakı erməni separatçılığını açıq şəkildə dəstəkləyən mədəniyyət xadimləri arasında dünyaca məşhur Pyer Rişar, Jan Reno, Jülyet Binoş, Jan Düjarden, Alen Delon, Klod Leluş, Klaudiya Kardinale kimi şəxslərin adları var idi.

Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Əbdül Mahmudov fransalı mədəniyyət xadimlərinin separatçı rejimi dəstəkləməsinə münasibət bildirib.

Məsələ ilə bağlı Sfera.az-a danışan kinorejissor fransalı aktyorların erməni sepratizmini dəstəkləməsini Fransa və dünya adına biabırçılıq olduğunu deyib:

"Bu günlərdə mən Pyer Rişarın Fransanın məşhur "Le Figaro” nəşrində Qarabağdakı erməni separatçılığını dəstəkləməsi ilə bağlı xəbəri ürək ağrısı ilə oxudum. Pyer Rişarla tərəf müqabili olan Jerar Depardyenin Azərbaycan haqqında çox xoş təəssüratları var. Alen Delon, Pyer Rişar kimi adamlar ən azından öz dostları olan Depardyedən Azərbaycan haqqında soruşa bilərdilər. Yoxsa ki, araşdırmadan, öyrənmədən erməni yalanına uyub Azərbaycanın hüquqi ərazilərini dağıdıb zəbt edən ermənilərə dəstək vermələri Fransa xalqı və dövləti üçün də çox böyük bir üz qarasıdır, ayıbdır.

Həmişə fikirləşmişəm ki, elm-mədəniyyət xalqa əxlaq, mənəviyyat və həqiqət təbliğ edər. Fransa kimi bir dövlətin siyasi rəhbərlərindən tutmuş elm mədəniyyət xadimlərinə kimi hər kəs əsl həqiqəti öyrənməlidir. Onlar erməni kimi yazıq millətin maskanalanaraq müxtəlif xalqların tanınmış, imkanlı adamlarını ələ alıb öz yalanlarını onların dili ilə çatdırdıqlarını anlamalıdırlar. Həmin tanınmış simaların da bilmədən erməni faşizminə dəstək verməsi və Azərbaycan reallığına qarşı olması həqiqətən də faciədir. Bu tək dövlətlərin yox, bütövlükdə bəşəriyyətin faciəsidir. İnsanlar nə üçün yalan, təhrif edilmiş məlumatların, siyasətin toruna düşürlər və böyük bir xalqı təhqir edib öz adlarına, eləcə də dünyanın adına rüsvayçı tarix yazırlar?!".

O, separatçı rejimi dəstəkləyən fransalı mədəniyyət xadimlərinin Azərbaycandan üzr istəməli olduğunu bildirib:

"Mən, Azərbaycan Mədəniyyət Nazirliyinə müraciət edib demək istəyirəm ki, həmin şəxsləri rəsmi surətdə Azərbaycana dəvət etsinlər və reallıqları onlara təqdim etsinlər. Prezident hələ minalardan tam təmizlənməmiş ərazilərə gedir. Bəs hanı bizim mədəniyyət xadimlərimiz? Mən mədəniyyət xadimləri adından xahiş edirəm ki, başda Pyer Rişer, Alen Delon olmaqla həmin sənət adamları bizim hesabımıza Azərbaycana dəvət olunsun və həqiqəti öz gözləri ilə görüb gedib satqın Fransa rəhbərliyinə desinlər ki, ermənilər onları aldadır və dünyaya biabır edirlər. Yox, əgər bu olmazsa o zaman həmin şəxslər rəsmi şəkildə bizdən üzr istəsinlər. Əks təqdirdə isə bununla bağlı biz onları beynəlxalq məhkəməyə verəcəyik. Gəlsinlər, gözləri ilə həqiqəti görsünlər. Fransa hakimiyyətinin bizə qarşı mövqeyi bəllidir. Amma Fransa sənət, mədəniyyət adamları utanmır ki, erməni yalanlarına uyur?!".

Sfera.az

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR