O günlərdə qarşısına çıxan hər şeyin şəkilini çəkdiyini ifadə edən Sadığov sözlərinə belə davam edib: "Nə gördümsə çəkdim. Ağacdakı güllə izlərini çəkməyi belə unutmadım. Qan, insan cəsədləri, yaralı insanları çəkirdim. Qırğın günü təxminən 3 min şəkil çəkdim. Zirehli vasitələr, tanklar binalara təsadüfi atəş açırdı. Evlərin içində yaşlılar, uşaqlar, xəstələr güllə yarası almışdı. Çox sayda yaralı var idi. İnsanların çoxu təsadüfi açılan atəşlərdən qorunmaq üçün hamamda gizlənirdi".
O zaman üzərində böyük bir öhdəlik olduğunu dilə gətirən Sadığov, şəkilləri çəkə bilməyin ölümdən daha böyük qəhrəmanlıq olduğunu bildirib: "Qəhrəmanlıq bu qırğını çəkərək dünyaya göstərməkdir. Hər mətbuat işçisi kimi üzərimdə böyük öhdəlik vardı. Hər gün min şəkil hazırlayaraq müəyyən insanlara, səfirliklərə, xarici jurnalistlərə, iş adamlarına göndərirdim. Azərbaycanda yaşanan bu tragediyanın hər tərəfdən eşidilməsini istəyirdim. Dünyanın bu hadisədən xəbəri olmadığını düşünürdük. Sonra öyrəndik ki, hər kəs səssiz qalıb və seçim edib. Çəkdiyim fotolar daha çox Türkiyədə nəşr olundu".