Səhiyyə Nazirliyinin yeni “təkər üstündə xəstəxanası” – REPORTAJ

Səhiyyə Nazirliyinin yeni “təkər üstündə xəstəxanası” – REPORTAJ

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına xidmət səviyyəsinin artırılması məqsədi ilə ən müasir tibb avadanlıqlarla təchiz olunmuş yeni sanitar avtomobillər alınıb, xəstələrin stasionarlara səmərəli paylanması və "103” xidmətinin təkmilləşdirilməsi məqsədi ilə bır sıra işlər görülüb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimiRauf Nağıyev tibbi yardım xidmətinin yüksək səviyyədə təşkili məqsədi ilə görülən işlərlə bağlı Oxu.Az-a geniş məlumat verib.

Rauf Nağıyev bildirib ki, ölkəmizdə keçrilən 17 yaşadək futbolçular arasında Avropa çempionatı və "Formula-1” yarışlarında idmançılara, xarici ölkələrdən gələn azarkeşlərə və tamaşaçılara ilkin tibbi yardım üçün 100 ədəd, yeni müasir avadanlıqlarla təchiz olunan "Mercedes-Benz” markalı avtomobillər alınıb. 

R.Nağıyev qeyd edib ki, səhiyyə nazir Oqtay Şirəliyevin əmrinə əsasən, 2007-ci ildən etibarən mütamadi olaraq stansiyanın avtoparkı yenilənir.

"Hazırda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının balansında çoxlu sayda sanitar avtomobillər fəaliyyət göstərir. Onların arasında yüksək keçid, birdəfəlik 6 xəstəni götürmək qabiliyyətinə malik olan və içində ekspress laboratoriya olan müxtəlif nəqliyyat vasitələri var”.

Baş həkim yeni alınan 100 sanitar avtomobilləri texniki imkanlarına görə "təkər üstündə xəstəxana” adlandırıb. 

Avtomobillərdə müasir alman avadanlığı quraşdırılıb. Avadanlığlar qablaşmış formada maşına montaj olunub. Sanitar avtomobili çoxlu sayda avdanlığla və sayısız-hesabsız dərman və digər tibbi ləvazimatla təhciz olunub. 

Yeni sanitar avtomobillərdə əsas yeniliklərdən biri həyat göstəricilərinə nəzarət edən aparatdır.

Aparat xəstədə qanda oksigenin səviyyəsini, eyni zamanda temperaturu, ürək döyüntülərinin ritmini və qan təziqini göstərir.

Avtomobilin yeni təchizatlarından biri də canlandırma çantasıdır.

Çanta müxtəlif müayinələr və xəstəyə yardım üçün lazımlı tibbi ləvazımatlar və dərmanlarla təhciz edilib. Həkimlər, hətta çantanı təhcizatına görə "kiçik klinika” adlandırlar. 

Daha bir yenilikdən biri "Newlaser” aparatıdır. Aparat vasitəsi ilə boğulan xəstələrə inqalasiya vasitəsilə dərmanlar yeridilir.

Əlavə olaraq maşınlara sorucu aparatlar və oksigen stəkanı quraşdırılıb. Aparat vasitəsilə xəstənin ağzından qan və bəlğəm sorulur. 

Yeni alınan ilkin tibb yardım avtomobilləri əlavə olaraq yeni növ defiblirátor aparatı, süni tənəffüz aparatı və 3 ədəd yardım çantası ilə təhciz olunub.

Əhaliyə yüksək xidmət göstərmək üçün nə az, nə çox avtomobildə düz 7 ədəd xərək (nosilka) və çoxlu sayda immobilizasiya şinaları mövcuddur.

Oturaq, vakum, portativ, döşək, hərbi, təkərli, xüsusi sərt xərəklər.

Sanitar avtomobillərdə kiçik əməliyyatların aparılması üçün də imkan yaradılıb.

Yeni avdanlıqlarla işləmək üçün həkimlərə müəyyən təlimlər keçirilib. Əlavə olaraq stansiyada çalışan həkimlərin arasında əcnəbi dili bilənlər var. Bununla bağlı həkimlərə mütamadi olaraq kurslar təşkil edilir.

Stansiyanın fəaliyyətinə toxunan baş həkim Nağıyev bildirib ki, stansiya günün 24 saatı ərzində Bakı şəhərinin bütün xəstə və zərərçəkən əhalisinə hadisə yerində və müalicə ocaqlarına çatdırılanadək təcili və təxirəsalınmaz tibbi yardım göstərmək məqsədi ilə fəaliyyət göstərir.

"103” xidmətinə gündəlik ortalama 2000-3000 arası çağırış daxil olur. Gün ərzində stansiyanın 138 həkim briqadası fəaliyyət göstərir. 

Stansiyaya səbəbindən asılı olaraq daxil olan çağırışlar iki qrupa bölünür. Çox təcili çağırışlar qeydiyyata alındıqdan sonra 4 dəqiqədən gec olmayaraq təcili tibbi yardım briqadasına ötürülür.  Təxirəsalınmaz çağırışlar isə qeydiyyata alındıqdan sonra, 60 dəqiqədən gec olmayaraq təcili tibbi yardım briqadasına ötürülməlidir. 

Bu çağırışlara arterial təzyiqin nəzərəçarpan dəyişiklikləri, allergiya, baş ağrısı, qarında, kürəkdə ağrı və s. çağırışlar aiddir”.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasın həkim birqadaları yeni planşetlə təmin olunmasına başlanılıb. İlkin olaraq 60 ədəd yeni planşet alınıb.

Bu qurğular köhnə planşetlərdən ölçüsü böyük, müasir və daha çox funksiallığı ilə seçilir. Planşet vasitəsi ilə həkim briqada çağırışı qəbul edir, xəstə haqqında məlumat toplayır. Bu yaxınlarda isə naviqasiya sisteminin tətbiqinə başlanılır. Yeni planşetlər "card reader”lə təchiz olunub ki, bu da gələcəkdə vətəndaşların sağlamlıq haqqında elektron kartın oxumaq imkanını yaradacaq.

Tibbi Yardım Stansiyaya daxil olan çağırışlara nəzarət daha da gücləndirilir. Stansiyanın sanitar avtomobillərinin hərəkət trayektoriyası xüsusi monitor vasitəsilə nəzarətdə saxlanılır. Bu ilin sonuna qədər çağırışların hansı ünvandan daxil olmasının da monitor vasitəsilə təyini nəzərdə tutulub, artıq bununla bağlı təkliflər hazırlanıb.


OXŞAR XƏBƏRLƏR