Logo

Mehriban Əliyeva: “Azərbaycan əhalisi doğma evlərinə qayıtmaq istəyir”

Mehriban Əliyeva: “Azərbaycan əhalisi doğma evlərinə qayıtmaq istəyir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ermənistanın işğalı nəticəsində Azərbaycana təkcə maddi deyil, eyni zamanda mədəni və tarixi abidələrimizin dağıdılması ilə nəticələnən ziyan dəyib”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Bakı Konqres Mərkəzində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində təşkil olunan "Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” 2-ci plenar iclasının açılış mərasimində çıxışı zamanı deyib.

Mehriban Əliyeva bildirib ki, ötən sərin 90-cı illərində Azərbaycan Ermənistanın işğalı ilə qarşı-qarşıya qalanda böyük çətinliklər yaşadı, böyük humanitar böhranla üz-üzə qaldı: "Azərbaycan yeni müstəqillik qazanandan sonra torpaqlarımız Ermənistanın işğalına məruz qalıb. Bu işğal nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün halına düşüb.

Ermənistanın işğalı nəticəsində biz 975 bağça, 695 xəstəxana, 900 məntəqə, 40 mindən çox unikal muzey materiallarını itirdik. Azərbaycan əhalisi öz dədə-bala torpaqlarına, doğma evlərinə qayıtmaq istəyir.

Qoca insanlarımız Qarabağdakı öz doğma yerlərində yaşamaq, körpə insanlarımız isə böyümək istəyir.

Azərbaycan sülhsevər ölkədir. Biz sülhün, əmin-amanlığın, mehriban qonşuluğun və işğala son qoyulmağın tərəfdarıyıq”.

Forumun əhəmiyyətinə də toxunan Mehriban Əliyeva deyib: "İnanıram ki, bu forum konstruktiv əməkdaşlığa töhfə verəcək və bu sahədə inteqrasiyanı daha da gücləndirəcək. Bu forum bütün ölkələr üçün vacibdir. Bugünkü dünya miqrasiya və zorakılıq problemləri ilə qarşılaşıb. İnsanların sosial adaptasiyası bizim üçün vacib məsələdir”.

Birinci xanım qeyd edib ki, Azərbaycan tarixi ölkə olmaqla yanaşı, BMT-nin gənc üzvlərindən biridir: "Biz 25 il ərzində müstəqillik yolu keçmişik. Azərbaycan dünya üçün olduqca açıq ölkədir. Biz iqtisadiyyatımızı gözə çarpan şəkildə artırmağa nail olduq. Biz güclü təhsilə xüsusi önəm veririk. Müstəqillik qazandıqdan sonra ölkəmiz bir çox islahatlara imza atıb”.

Mehriban Əliyeva söyləyib ki, müstəqillik qazandıqdan sonra ölkəmizdə sürətli inkişaf əldə edilib: "Azərbaycanda çadır düşərgələri ləğv edilib, orada yaşayan məcburi köçkünlər mənzillərlə təmin edilib. Ancaq nə qədər yaxşı şərait yaradılsa da, həmin insanlar öz doğma yurdlarına qayıtmaq istəyirlər, yaşlı insanlar öz torpaqlarını görməyə can atırlar. Qarabağ, Suriya, Əfqanıstan məcburi köçkünləri xeyli əziyyət çəkirlər. Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh və sabitlik, əmin-amanlıq olsun”.

Daha sonra Mehriban Əliyeva Heydər Əliyev Fondunun gördüyü işlərlə bağlı məlumat verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR