"Pələng" ləqəbli zabitimiz xalqın dəstəyini gözləyir - FOTO
Sfera.az xəbər verir ki, zabit artıq 1 aydan çoxdur ki, ağır vəziyyətdədir və müalicəsi xaricdə mümkündür. Bu barədə məlumatı isə Elçin Zeynalov öz "Facebook" səhifəsində paylaşıb:
"Pələng ləqəbli igid kəşfiyatçı Əzim Qafarov Vətən müharibəsində iştirak edib, erməni hərbiçiləriylə üzbəüz, təkbətək də döyüşüb. Vətən müharibəsinin ilk günlərindən ermənilərin kabusu olan Əzim təəssüf ki, oktyabrın 4-də yaralanıb, ağır qanaxma ilə saatlarla yol gedib. Onun qabırğaları, kürək sümüyü sınıb, daxili orqanları zədələnib. Bədənindən 3 güllə çıxarılan Əzimin onurğası, yəni üçüncü döş fəqərəsi sınaraq onurğa beynini zədələyib. Bu səbəbdən hazırda aşağı ətrafları işləmir. Qəhrəmanımız yatağa məhkum qalıb. Ölkəmizdə ona müalicə və reabilitasiya edilsə də, həkimlər inanır ki, xaricdə müalicə və reabilitasiya görsə, sağlamlığına qovuşa bilər. Ölkəmizdə onun üçün hər şeyi etdilər, amma tam müalicə ölkə sərhədlərindən kənarda mümkündür.
Qafarov Əzim 35 yaşındadır, ailəlidir, iki övladı var. Bu məsələdə yardım edəcək şəxs və ya şəxslər varsa, əlaqələndirə bilərik", - deyə E.Zeynalov qeyd edib.








