Logo

Azərbaycan Ordusuna könüllü yazılan zabitlərlə bağlı QƏRAR

Azərbaycan Ordusuna könüllü yazılan zabitlərlə bağlı QƏRAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiqləyib.

Sfera.az xəbər verir ki, qanunla birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün xidmətin başlanğıcı əmrin imzalandığı gün sayılacaq.

Belə ki, qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün həqiqi hərbi xidmətin başlanğıcı hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün sayılacaq.

Qeyd edək ki, müvafiq icra hakimiyyəti orqanı dedikdə Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidməti nəzərdə tutulur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR