Logo

Qubadlı ilə bağlı yeni qurum yaradıldı - Rəis təyin olundu

Qubadlı ilə bağlı yeni qurum yaradıldı - Rəis təyin olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Qubadlı Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

Sfera.az  səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu vəzifə Əlisalam Mədət oğlu Bayramova həvalə edilib.

O, əvvəllər də sözügedən idarəyə rəhbərlik edib. 2018-ci ildə isə idarə ləğv olunub və bu il noyabrın 14-də yenidən təsis edilib.

Qubadlı Suvarma Sistemləri İdarəsinin balansında 5 200 hektar suvarılan sahə, 998 km uzunluğundan suvarma kanalları, 7 nasos stansiyası, 129 suvarma qurğusu və 1 hidroqovşaq (Həkərəçay HQ) var.

Qeyd edək ki, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadədir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR