Logo

Qəbələdə karantin rejimi qaydalarını pozanlar cərimələniblər

Qəbələdə karantin rejimi qaydalarını pozanlar cərimələniblər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Qəbələ rayonunda karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri davam etdirilir.

Rayon icra hakimiyyətindən bildirilib ki, mobil qruplar tərəfindən son üç gündə rayonda 204 ticarət, həmçinin əhalinin daha çox müraciət etdiyi 237 digər təyinatlı obyektə baxış keçirilib. Reydlərin nəticəsi olaraq, xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 7 nəfər rayon sakini, həmçinin 6 nəfər ticarət və ictimai iaşə obyektinin və 1 nəfər avtomobil təmiri emalatxanasının işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunub. Bundan əlavə, dünyasını dəyişmiş 8 mərhumun ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib.

Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi izah olunub, tövsiyələr verilib. (AZƏRTAC)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR