Logo

İşğaldan azad edilən yerlərdə irriqasiya sistemlərinin bərpasına başlanıldı

İşğaldan azad edilən yerlərdə irriqasiya sistemlərinin bərpasına başlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün "Meliorasiya və Su Təsərrüfatı" ASC-də işğaldan azad edilmiş ərazilərdə meliorasiya və irriqasiya sistemlərinin bərpası ilə əlaqədar tədbir keçirilir.

Sfera.az xəbər verir ki, tədbiri giriş sözü ilə qurumun sədri Əhməd Əhmədzadə açıb.

O qeyd edib ki, Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Milli Ordusu böyük qələbə əldə edib. Ə.Əhmədzadə işğaldan azad olunmuş yerlərin Azərbaycanın su imkanlarının artırılması istiqamətində böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb: "Hazırda isə işğaldan azad edilmiş ərazilərdə irriqasiya və meliorasiya sistemlərinə dəymiş zərərin inventarlaşma işləri dəqiqləşdirilir.

İşğaldan azad edilmiş ərazilərdə 9 ədəd su anbarları, 1 429 subartezian quyuları, 88 ədəd nasos stansiyaları, 8 mindən çox hidrotexniki qurğular var. Əsas işimiz dəymiş zərərin aradan qaldırılması və infrastruktur layihələrinin icrasıdır. İşğaldan azad edilən yerlərdə suvarma sistemləri idarələrinin fəaliyyəti bərpa ediləcək".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR