Logo

"Tarixi bəyanat, Laçın koridoru, həbsxanada intihar və..." - Həftənin icmalı

"Tarixi bəyanat, Laçın koridoru, həbsxanada intihar və..." - Həftənin icmalı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sfera.az bundan sonra "Həftənin icmalı” rubrikasında həftə ərzində baş verən ən mühüm hadisələri diqqətinizə çatdıracaq.

Beləliklə, 9-13 noyabr tarixlərində baş verən önəmli hadisələri təqdim edirik:

9 noyabr:

* Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edildi.

* 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik düşmən işğalından azad edildi. Azad edilən ərazilər arasında tarixi əhəmiyyətli Azıx mağarası da yer alıb.

* Qaçaq Nəbinin kəndi də işğaldan azad edildi.

10 noyabr:

* Qarabağ münaqişəsinə son qoyuldu və bu barədə Rusiya, Azərbaycan, Ermənistan arasında tarixi bəyanat imzalandı.

* Rusiya sülhməramlıları Qarabağa yola düşdülər.

* Ermənistanda kütlə mitinq hazırlığına başladı, Paşinyanın istefası tələb edildi.

11 noyabr:

* Rusiya ilə Türkiyə Qarabağda atəşkəsə nəzarət üzrə müqavilə imzaladı.

* Rusiyalı sülhməramlılar Laçın dəhlizində ilk postu qurdular.

* Rusiya sülhməramlıları erməniləri Kəlbəcərdən çıxartmağa başladı.

* İlham Əliyev və Mehriban Əliyeva yaralı hərbçilərlə görüşdü.

* İrəvanda həbslər başladı, Ermənistan xaosa təslim oldu.

12 noyabr:

* Azərbaycanda müharibə şəraiti ilə əlaqədar internetə qoyulan məhdudiyyət aradan qaldırıldı.

* Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda mətbuat konfransı keçirdi. Türkiyənin də sülhməramlılarının Qarabağa gələcəyi bildirildi.

* Polad Bülbüloğlu "Qarabağdakı ermənilərə mədəni muxtariyyət verilə bilər”, - dedi.

13 noyabr:

* Milli Məclis Ali Baş komandana və Azərbaycan xalqına müraciət etdi. 

* Şuşanın azad olunması xəbərini eşidən Fəxrəddin Abbaszadə özünü asdı.

Sfera.az

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR