Logo

“İnsanlarımız yurdlarını tərk edəndə bir pəncərə şüşəsini də sındırmamışdılar, çünki...” - Vilayət Quliyev

“İnsanlarımız yurdlarını tərk edəndə bir pəncərə şüşəsini də sındırmamışdılar, çünki...” - Vilayət Quliyev
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Ermənilər qaraçı köçü kimi gəlmədirlər. Ona görə də müvəqqəti sahibləndikləri yerlərdən qaçanda "Bizdən sonra lap dünya dağılsın!” prinsipi ilə hərəkət edirlər”.

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev sosial media hesabında yazıb.

Səfir ermənilərin Kəlbəcərdən köç edərkən törətdikləri vəhşiliklərin məşhur dini pritça ilə oxşarlıq təşkil etdiyini yazıb:

"Süleyman Peyğəmbərin iki qadının iddiaçı olduğu körpəni həqiqi anasına necə qaytarması haqqındakı pritça yadınızdadırmı?  Peyğəmbərin qərarı çox dəhşətli olur. Uşağı iki yerə parçalayıb hər yarısını bir qadına verməyi əmr edir. Onlardan biri tərəddüdsüz razılaşır.

İkincisi isə dərhal iddiasından əl çəkib uşağın birinci qadına verilməsini istəyir.

"Bilindi ki, uşağın əsl anası sənsən!”, - deyə Peyğəmbər ona övladını da götürüb getməyi əmr edir.

Ermənilərin Kəlbəcərdə törətdikləri vəhşiliklər – meşələri, evləri yandırmaları, hər şeyə bacardıqları qədər zərər vurmağa çalışmaları bu pritçanı yadıma saldı.

Bizim insanlar yurdlarını tərk edəndə bir budağı da qırmamışdılar, bir pəncərə şüşəsini də sındırmamışdılar. Çünki özlərinin idi.

Ermənilər isə qaraçı köçü kimi gəlmədirlər. Ona görə də müvəqqəti sahibləndikləri yerlərdən qaçanda "Bizdən sonra lap dünya dağılsın!” prinsipi ilə hərəkət edirlər”.

“İnsanlarımız yurdlarını tərk edəndə bir pəncərə şüşəsini də sındırmamışdılar, çünki...” - Vilayət Quliyev

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR