Logo

BBC: Ermənilər evlərə od vurub ərazini tərk edirlər

BBC: Ermənilər evlərə od vurub ərazini tərk edirlər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu günü Dağlıq Qarabağın Dadivank kəndindən (Xudavəng, Kəlbəcər rayonu -  red.) keçirdik. Bölgə iki gün ərzində Azərbaycana təhvil verilməlidir. Bir çox yerli sakin evlərini boşaldıb gedirdi. Bəziləri isə azərbaycanlıların əlinə keçməməsi üçün evlərinə od vurublar”.

Sfera.az xəbər verir ki, bunu BBC-nin müxbiri Vill Vernon "Twitter"də yazıb.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzalayıblar. Həmin bəyanatın 6-cı bəndinə əsasən, Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu Azərbaycanın nəzarəti altına qaytarmalıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR