Logo

Rusiya və Türkiyə Qarabağda atəşkəs Monitorinq Mərkəzinin yaradılması haqda razılaşma imzalayıb

Rusiya və Türkiyə Qarabağda atəşkəs Monitorinq Mərkəzinin yaradılması haqda razılaşma imzalayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Müdafiə Naziri, ordu generalı Sergey Şoyqu ilə Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar arasında keçirilən videokonfransın yekunları üzrə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə ortaq monitorinq mərkəzinin yaradılması barədə memorandum imzalanıb.

Sfera.az-ın "RİA.Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: "Danışıqlardan sonra Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalanıb". Memorandumla ortaq monitorinq mərkəzinin vəzifələri və prinsipləri müəyyənləşdirilib.

"Rus sülhməramlılarının iştirakı böhran bölgəsində sabitliyi təmin edəcək, qaçqın axınının qarşısını alacaq və onların yaşayış yerlərinə qayıtmalarını asanlaşdıracaq", deyə Şoyqu vurğulayıb.

O qeyd edib ki, ortaq monitorinq mərkəzinin yaradılması haqda qərar tərəflərin hərbi əməliyyatların dayandırılmasına riayət olunmasına etibarlı nəzarət etməyə imkan verəcək və uzun müddət davam edən münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq.

Birgə mərkəz Azərbaycan ərazisində yerləşəcək, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq.

Mərkəz müqavilələrin pozulması ilə bağlı hər hansı şikayət, sual və ya narahatlığın araşdırılması ilə məşğul olacaq.

Tərcümə etdi: Selcan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR