Logo

Azad olunmuş rayonlarımızda DTX fəaliyyətə başlayır - RƏSMİ

Azad olunmuş rayonlarımızda DTX fəaliyyətə başlayır - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İşğaldan azad edilmiş ərazilərdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) idarə və şöbələri fəaliyyətə başlayır.

Sfera.az bildirir ki, bununla bağlı DTX məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, DTX-nin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb.

Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilib və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR