Logo

“Evlərinizə dönməyə hazırlaşın!” - Xankəndi sakinlərinə müraciət

“Evlərinizə dönməyə hazırlaşın!” - Xankəndi sakinlərinə müraciət
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Əziz Xankəndi sakinləri, böyük fəxr və qürur hissi ilə bildirirəm ki, bütün Qarabağımızda, həmçinin Xankəndi  şəhərimizdə Azərbaycan Respublikasının tam suverenliyi bərpa ediləcək!".

Sfera.az xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri,  Milli Məclisin deputatı Tural Gəncəliyev öz feysbuk hesabında yazıb.

"Xankəndi üç rəngli bayrağımızla gözəlləşəcək!

Xankəndi sakinləri öz evlərinə geri dönəcəklər!

Xankəndi Azərbaycanın ən gözəl, ən yüksək inkişaf etmiş şəhərlərindən biri olacaq!

"Yolumuz Xankəndinədir!" demişdim, artıq çatdıq!

Evlərinizə geri dönməyə hazırlaşın!",- deyə T. Gəncəliyev Xankəndi sakinlərinə müraciətində bildirib

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR