Logo

Dünyanın ən nüfuzlu insanları seçildi - SİYAHI

Dünyanın ən nüfuzlu insanları seçildi - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Time jurnalı dünyanın 100 ən nüfuzlu insanının illik siyahını dərc edib

Siyahıda yerlər ənənəyə uyğun olaraq 5 kateqoriyaya bölünür: "İlklər", "Titanlar", "Yaradıcılar", "Liderlər" və "İkonalar".

Siyahının hər bir iştirakçısı bura tək konkret insan tərəfindən nominasiya edilib. "Liderlər" kateqoriyasında siyahıda birinci yeri Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard tutub. İkinci yerdə, ABŞ-ın dövlət katibi Con Kerri qərarlaşıb. Üçüncü yerin sahibi Almaniyanın kansleri Anqela Merkel dünyanın ən nüfuzlu insanları siyahısında yer alıb. ABŞ prezidenti Barak Obama 13-cü yeri tutur. 15-ci yerdə Kanadanın yeni baş naziri Castin Tryudodur. Demokrat partiyasından ABŞ prezidentlərinə namizəd Hillari Klinton 18-ci yeri tutub. Rusiya prezidenti Vladimir Putin 29-cu yerdədir, onu Türkiyənin lideri Tayip Ərdoğan izləyir. Siyahıda son yerdə, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Indır.

"Titanlar" kateqoriyasında ən nüfuzlular Facebook-un yaradıcısı Mark Zukerberq, Apple-ın rəhbəri Tim Kuk, Roma papası Fransisk olub.

"Kumirlər" kateqoriyasına Leonardo Di Kaprio rəhbərlik edir. Ən vacib artistlərin siyahısına hindistanlı aktrisa Priyanka Çopra, Şarliz Teron, Melissa MakKarti, modelyer Rikardo Tişi və ifaçı Kendrik Lamar daxil olub.

Primetime.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR