Xəzərdə Rusiya gəmisi yanır - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəzər dənizində yanan gəmidə olan 18 nəfər yaxınlıqda olan gəmi tərəfindən təxliyə edilib.
Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti-yə şənbə günü FHN Cənubi regional mərkəzindən bildiriblər.
FHN-in nümayəndəsinin sözlərinə görə, hadisə Xəzər dənizində Türkmənistan ərazi sularında Həştərxanın 800 km-də baş verib.
"Gəmi boşdur. Göyərtədə 18 nəfər heyət üzvü var, onların hamısı yaxınlıqda üzən gəmi tərəfindən təxliyə edilib”, - agentliyin həmsöhbəti deyib.
"Hazırlıqlar başa çatdıqdan sonra Rostovdan FHN Cənubi aviasiya-xilasetmə mərkəzindən Be-200 təyyarəsi havaya qalxacaq”, - FHN nümayəndəsi bildirib.
Daha öncə təcili xidmətlərdəki mənbə RİA Novosti-yə yanğın nəticəsində bir nəfərin öldüyü barədə məlumat vermişdi.
11.34
Hadisə yerinə FHN-in helikopterləri və gəmisi cəlb olunub.
Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2” gəmisində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5” gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.
Əlavə məlumat veriləcək.